394
Üzbəüz 14 sentyabr — 10:07

Türkiyədə terrorçu qadınlar zərərsizləşdirildi

Türkiyədə PKK terrorçularına qarşı əməliyyat keçirilib.

"Report" xəbər verir ki, əməliyyat ölkənin şərqində, Bingöl vilayətində təşkil olunub. Aşağıköy rayonu ətrafında keçirilən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib. Terrorçulardan 2-nin qadın olduğu bildirilir.

Ərazidə axtarış əməliyyatının davam etdiyi bildirilir.

Xəbərlər