517
Üzbəüz 13 sentyabr — 19:41

İsrail Qəzza ilə sərhədi açdı

İsrail hökuməti Qəzza sektoru ilə sərhəddəki “Erez” nəzarət-buraxılış məntəqəsini yenidən açmaq barədə qərar qəbul edib.

Bu barədə “The Times of Israel” qəzeti yazıb. Nəzarət-buraxılış məntəqəsinin yenidən açılmasına səbəb son zamanlar İsraillə Qəzza sərhəddində nisbi sakitliyin hökm sürməsidir.

“Erez” nəzarət-buraxılış məntəqəsi fələstinlilərin iştirakı ilə kütləvi iğtişaşlar səbəbindən 5 sentyabr tarixində bağlanmışdı. “Geriyə qayıdış marşı” keçirən fələstinlilər İsrail işğalına etiraz edərək daş və digər əşyalar atmaqla sərhəd-keçid məntəqəsinin infrastrukturuna ziyan vurmuşdular. Təmir işləri bitməyənə və vəziyyət sakitləşməyənədək İsrail hökuməti “Erez” nəzarət-buraxılış məntəqəsini bağlamaq qərarına gəlmişdi.

Qeyd edək ki, Qəzzanın şimalında yerləşən “Erez” nəzarət-buraxılış məntəqəsindən, əsasən, İsrail hökumətinin icazəsi ilə humanitar və tibbi məqsədlə rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və fələstinlilərin Qəzzaya giriş-çıxışı üçün istifadə olunur.(azvision.az)

Xəbərlər