602
Üzbəüz 12 iyul — 14:53

Putin Əli Əkbər Vilayəti ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

APA-nın verdiyi məlumata görə, görüşdə Suriyadakı vəziyyət, ikitərəfli münasibətlər müzakirə olunub.

Kreml sözçüsü Dmitri Peskov görüşdə ilk növbədə Rusiya-İran ikitərəfli münasibətlərinin müzakirə olunduğunu söyləyib: "Vilayəti prezidentə iki məktub verib. Bu məktublar İranın ali dini lideri və prezidentindən gəlib. Görüşdə Suriya da daxil olmaqla, regiondakı vəziyyət müzakirə edilib. İranın nüvə proqramı ilə bağlı hərtərəfli sazişə sadiqlik bir daha təsdiqlənib".

Qeyd edək ki, dünən Kremldə Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Xəbərlər