810
Üzbəüz 12 iyul — 13:57

Lukaşenko “Miss Belarus”un qalibinə kolxozda iş təklif etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Moqilev vilayətindəki “Vətən” kolxozuna baş çəkərkən “Miss Belarus – 2018” yarışının qalibi Mariya Vasileviçə burada işləməyi təklif edib.

Bu barədə “Sputnik Belarus” məlumat yayıb.

Qeyd edilib ki, Lukaşenko Belarus gözəlini sədr kreslosunda əyləşdirib.

Vasileviç model müqaviləsi başa çatdıqdan sonra bu işə başlamağa hazır olduğunu deyib.

“Mən bu işi görməyə hazıram, Düzdür, mənim iki illik müqaviləm var, bundan sonra işə başlayacam”, - qız deyib.

Xəbərlər