1078
Üzbəüz 14 iyun — 23:52

Yıldırım Ərdoğanın partiya üzvlərinə silahlı hücum haqda

Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib.

“Ümid edirəm ki, bu olay adi cinayətdir və siyasi səbəbi yoxdur. Əgər siyasi səbəbi olarsa, təbii ki, nəticələri də fərqli olar. Bu bayram günlərini millətimizin əmin-amanlıq içərisində keçirməsini istəyirəm. Gözəl günləri kədərli günə çevirməyimizə haqqımız yoxdur”, - deyə baş nazir bildirib.

Xatırladaq ki, son məlumata görə, Suruçda baş verən qanlı davada 3 AKP-çi öldürülüb, 9-u isə yaralanıb.

*   *   *21:15

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda hakim Ədalət və İnkişaf partiyasının (AKP) seçki kampaniyası çərçivəsində keçirdiyi tədbirdə silahlı hücum baş verib.

CNN Türk xəbər verir ki, naməlum şəxslər tədbirin təşkilatçısı olan AKP-li millət vəkili İbrahim Yıldızın da olduğu qrupu atəşə tutub.

Məlumata görə, hücum nəticəsində üç nəfər ölüb, on bir nəfər yaralanıb.

Ölənlər arasında Millət vəkilinin qardaşı da var. İlkin məlumata görə, silahlı hücum HDP üzvü olan şəxslər tərəfindən həyata keçirilib. Əraziyə gələn təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma baş verib.

Polisin hazırda ərazini nəzarət altına götürdüyü bildirilir. İnsidentin təfərrüatı barədə məlumat verilmir.

***20:39

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlərinə seçki kampaniyası zamanı hücum olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda qeydə alınıb. Belə ki, seçki təşviqatı zamanı AKP-çi deputat İbrahim Xəlil Yıldız ilə satıcı arasında mübahisə yaşanıb.

Bir neçə dəqiqədən sonra adi mübahisə bıçaq, dəyənək və digər küt alətlərin istifadə edildiyi davaya çevrilib.

Nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər