304
Üzbəüz 13 iyun — 00:18

Xəzəryanı ölkələr nəqliyyat və ticarət sahələrində sazişlər imzalayacaq

Xəzəryanı ölkələrin ekspertlərinin işgüzar görüşü iyunun 18-19-u Astanada keçiriləcək.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib.

Nazir bildirib ki, bu görüş avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin sammiti üçün hazırlıq xarakteri daşıyacaq: “Sammitin gündəliyinə Xəzərdə əməkdaşlıq məsələləri salınıb, nəqliyyat, ticarət-iqtisadi münasibətlər üzrə 5-6 sazişin imzalanması nəzərdə tutulur”.

O, əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın layihəsi Xəzəryanı ölkələrin prezidentlərinə təqdim olunacaq.

Xəbərlər