358
Üzbəüz 17 may — 13:51

Yerevanda Baş Prokurorluğun əməkdaşları iş yerinə buraxılmır

Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri idarənin binasının girişini bağlayıblar.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, 10-15 nəfərlik qrup qurumun əməkdaşlarını binaya buraxmır.

Davtyanın istefası tələbinin səbəblərindən biri kimi onun ölkədə siyasi məhbusların olması ilə əlaqədar baş nazir Nikol Paşinyanın mövqeyi ilə razılaşmamasıdır.

Paşinyan bir sıra siyasi məhbusların əfv olunması təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, o, 2016-cı ilin iyul ayında baş vermiş hadisələr zamanı 3 polis əməkdaşını qətlə yetirmiş “Sasna Tsrer” qruplaşmasının üzvlərinin də azad oluna biləcəklərini istisna etməyib.

Nazirlər Kabinetinin müşavirəsində baş nazir Paşinyan Davtyanın istefasının tələb edilməsinə zərurət görmədiyini bildirib.

Xəbərlər