455
Üzbəüz 16 may — 23:39

Azərbaycan XİN: “Paşinyan rejimi Sarkisyanın səhvlərini təkrarlayır”

"Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?!"

Bunu Ermənistan XİN-nin açıqlamasına cavab olaraq XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-i destruktiv mövqe nümayiş etdirməkdə davam edir.

"Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sarqsyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir", - deyə o əlavə edib.

XİN rəsmisi bildirib ki, Azərbaycan münaqişənin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır:

"Hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər. Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır".

Xəbərlər