330
Üzbəüz 16 may — 20:29

Putin və Ərdoğan Fələstindəki vəziyyəti müzakirə ediblər

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. RİA “Novosti” xəbər verir ki, tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.

“Tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə ediblər”, - məlumatda deyilir.

Söhbət zamanı həmçinin Suriyadakı vəziyyət və iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan əvvəl Türkiyə prezidenti Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani və Roma Papası Fransisk ilə Fələstindəki vəziyyəti müzakirə edib.

Xəbərlər