727
Üzbəüz 16 may — 16:03

Yerevanda daha bir aksiya: bu dəfə Paşinyanın iqamətgahı önündə

Yerevandakı “Nairit” zavodunun keçmiş və indiki işçiləri Ermənistan baş nazirinin iqamətgahı önündə etirazlara başlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazçılar zavodun yenidən işə salınmasını və ötən 4 aydan qalan maaşlarının ödənilməsini tələb edirlər.

“Biz istəyirik ki, hökumət ağır vəziyyətdən xəbərdar olsun”, - zavodun keçmiş direktoru Karen İsraelyan deyib.

Aksiya iştirakçıları bildiriblər ki, yanvarın 1-də əmək müqavilələrinin vaxtı bitsə də, işdən qovulmaq barədə əmr yoxdur. Onlar bu müddət ərzində işləyib, “Nairit”in təhlükəsizliyini təmin ediblər. Amma 4 ayda bir dəfə də maaş almayıblar.

Baş nazirin nümayəndələri 3 nəfər aksiya iştirakçısını hökumət iqamətgahına dəvət edib. Onları kimin qəbul edəcəyi ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, buna parallel olaraq Yerevanda daha geniş kütləvi aksiya keçirilir. Yolları bloklayan, meriya binasına girən aksiyaçılar merin istefasını, hazırda məhkəməsi gedən “Sasna Tsrer” silahlı qruplaşması üzvlərinin azad olunmasını tələb edirlər.

Xəbərlər