1666
Üzbəüz 6 may — 14:07

Leontyev və Yuryev erməniləri yenə “lazım olan yerə” göndərdi

Xəbər verdiyimiz kimi “Komsomolskaya pravda” radiosunun efirində “Qlavtema” proqramının aparıcısı, “Rosneft”in mətbuat katibi Mixail Leontyev Ermənistanda baş verən hadisələri şərh edərkən Rusiyadakı erməni diasporunu bərk qəzəbləndirib. Leontyevin “Ermənistan Rusiyaya yükdür, biz olmasaydıq bir erməni də olmazdı, ermənilər Rusiyanın Azərbaycanla münasibətlərinə kölgə salır” fikirlərinə görə Rusiya Erməniləri İttifaqı Baş prokurorluğa və prezident Putinə şikayət edib.

Virtualaz.org xəbər verir ki, Rusiya Erməniləri İttifaqının bu müraciətindən sonra “Qlavtema” proqramının aparıcıları Mixail Leontyev və Mixail Yuryev öz fikirlərinə aydınlıq gətiriblər. Və erməniləri növbəti dəfə “lazım olan yerə” göndəriblər.

Leontyev və Yuryev “Komsomolskay pravda”ya bildiriblər ki, onların aprelin 26-da və mayın 3-də etdikləri çıxışların seçmələr təhrif olunaraq 6 dəqiqəlik rolik şəklində sosial şəbəkələrdə yayılıb.

Mixail Leontyev, “Qlavtema” proqramının aparıcısı bunları deyib: “Mənə qarşı iradların əsasını həmin rolik təşkil etdiy üçün fikirləyimə aydınlıq gətirməyə və əslində nə demək istədiyimə aydınlıq gətirmək istəyirəm”.

Leontyev qeyd edib ki, erməni ictimayyətinin ayrı-ayrı nümayəndələrindən xoşu gəlməmək heç də erməni xalqından zəhləsi getmək mənası vermir. Yəni onun Paşinyana şəxsi münasibəti erməni xalqına münasibəti əks etdirmir. İkincisi, onun məqsədi erməni ictimaiyyətini təhqir etmək yox, incitmək idi. İncikliyi təhqir kimi qəbul etmək isə zəiflik əlamətidir.

Aparıcı bildirib ki, ermənilərin Rusiyaya yük olması barədə danışarkən heç nəyi şişirtməyib. Çünki ruslar Qafqaza ancaq erməni və gürcü xristianlarını xilas etmək eçen getmişdi. “Ermənilər və gürcülər xalq kimi ancaq rusların dəstəyi sayəsində mövcuddur”-Leontyev deyib.

Mixail Leontyev əlavə edib ki, Rusiya Ermənistan qarşısında öhdəliklərinə sadiqdir. Ancaq bir şərtlə ki, Ermənistan özü bu öhdəliklərdən imtina etməsin.

“Erməni xalqına demək istəyirəm ki, bu sizin seçiminizdir. Biz Ermənistanı özünü düçar etmək istədiyi bəlalardan zorla xilas edə bilmərik”-o bildirib.

Mixail Yuryev isə deyib ki, onların məqsədi hakimiyyətə küçədən can atan istənilən adam və adamlar qrupu ilə bağlı neqativ emosiyaların yarandığını çatdırmaq idi. Və ermənilər küçələrə çıxarkən Gürcüstan və Ukraynadakı rəngli inqilabların nələrə gətirib çıxardığını unutmalı deyildilər.

“Nümayişçilərə qarşı gücdən istifadə barədə hipotetik fikirlərə gəldikdə isə biz müstəsna olaraq Ermənistan hakimiyyətinin bu barədə Rusiyaya rəsmən müraciət edə biləcəyi variantı nəzərdə tuturduq. Məlum olduğu kimi belə xahiş olmayıb və deməli məsələ avtomatik bağlanır. Lakin bir anlıq təsəvvür etsək ki, belə xahiş olub və biz də razılaşmışıq, o zaman nə var burda? Bəyəm qanuni hakimiyyətin xahişi ilə güc nümayişi hörmətsizlikdir və suverenliyin pozulmasıdır?”-Yuryev bildirib.

Mixail Yuryevin bildirdiyinə görə onun həmkarı Azərbaycan məsələsinə gəldikdə onu nəzərdə tuturdu ki, xristian ermənilərin dəstəklənməsi Rusiya üçün həmişə vicdan məsələsi olub. Amma praqmatik baxımdan Azərbaycanı dəstəkləmək Rusiyaya daha səfəli olardı.

“Bu doğrudan da belədir-Azərbaycan böyükdür, varlıdır və geosiyasi baxımdan daha əlverişli mövqedə yerləşib. Lakin Rusiyanın vicdanı, inamı satılmır. Söhbət ondan gedirdi ki, birdən Ermənistandakı yeni hakimiyyət, hansı ki, küçədən gəlib, “çoxvektorlu” xarici siyasət yürütməyə başlasa bu Rusiyaya qarşı satqınlıq olacaq. Yox, satqınlıq eləməsə biz də öz öhdəliklərimizə sadiq olacağıq”-Yuryev bildirib.

Virtualaz.org

Xəbərlər