1535
Üzbəüz 16 aprel — 18:36

Eynulla Fətullayev İlham Əliyev, Ramiz Mehdiyev, jurnalistika və həbsxana barədə

Haqqin.az və Virtualaz.org analitik-informasiya portallarının rəhbəri Eynulla Fətullayev jurnalist və bloger Həmid Həmidovun “Danışaq” layihəsinin qonağı olub.

Özünün geniş müsahibəsində Eynulla Fətullayev arxada qalmış prezident seçkilərindən, Azərbaycan müxalifətinin köməksizliyi və perspektivsizliyi, Azərbaycan siyasətində yeni simaların və qüvvələrin yoxluğundan danışıb.

Eynulla Fətullayev həmçinin aparıcının Azərbaycanda jurnalistikanın deqradasiyası fikri ilə razılaşaraq, jurnalistikanın və ilk növbədə rusdilli jurnalistikanın getdikcə ölməsinin səbəblərindən söhbət açıb.

Bundan savayı, haqqin.az və virtualaz.org-un rəhbəri İlham Əliyevin hökumətində nazirlərin və prezidentin komandasında ayrı-ayrı şəxslərin fəaliyyətinə toxunub və nəyə görə heç zaman məmur olmayacağı ilə bağlı sualı cavablandırıb.

Virtualaz.org

Xəbərlər