1094
Üzbəüz 13 mart — 17:05

Dövlət katibi Tillerson Trampla dalaşıb işdən çıxdı

ABŞ dövlət katibi Reks Tillerson prezident Donald Trampa uzun müddətdir davam edən ciddi fikir ayrılıqlarına görə istefa verib, yaxud işdən çıxarılıb.

Virtualaz.org xəbər verir ki, bu məlumat yüksək vəzifəli amerikalı diplomata istinadən əvvəlcə “The Washington Post” qəzetində yayılıb. Çox keçmədən prezident Tramp özünün Tvitter-bloqunda Tillersonun vəzifədən uzaqlaşdırıldığını təsdiqləyib. Tramp xidmətə görə Tillersona təşəkkür edib və onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun təyin ediləcəyini bildirib. “Pompeo bu vəzifədə fantastik iş görəcək”-o bildirib.

“Exxon” şirkətinin keçmiş icraçı direktoru olan Reks Tillerson dövlət katibi vəzifəsində cəmi bir il işlədi və bu vəzifəyə təyin olunandan sonra çox keçmədən onunla Tramp arasında xarici siyasətin mühüm məsələləri üzrə tez-tez fikir ayrılıqları yarandığı barədə xəbərlər yayılırdı. Hətta bir dəfə Tillersonun Ağ evdəki müşavirədən sonra yüksək vəzifəli administrasiya üzvlərinin yanında Trampı söydüyü də məlum olmuşdu.

Virtualaz.org

Xəbərlər