646
Üzbəüz 13 mart — 13:39

ABŞ və Türkiyə razılaşdı

“YPG Menbiçdən çıxan kimi ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludeyib.

Nazirin sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq: "YPG (terrorçu PKK-nın Suriyadakı qollarında biri – red.) Menbiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə İşçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik”.

Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonal görüşəcək. Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək.

Onu da qeyd edək ki, ABŞ-ın YPG-ni Menbiçdən çıxaracağı təqdirdə, Ankara-Vaşinqton xəttində artan gərginliyin azalacağı gözlənilir.

Xəbərlər