495
Üzbəüz 15 fevral — 01:44

CAR prezidenti istefaya getməyə razılıq verdi

CAR prezidenti Ceykob Zuma istefaya getməyə razılıq verib.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, o, çərşənbə günü televiziya vasitəsi ilə xalqa etdiyi müraciətində mənsub olduğu partiyanın qərarı ilə razı olmadığını, lakin bir intizamlı üzv kimi qurumun qərarına tabe olacağını bildirmişdi.

 **

19:10

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma istefa verməkdən imtina edib.

RİA Novosti xatırladır ki, Afrika Milli Konqresi (ANC) iqtidar partiyası fevralın 13-də dövlət başçısına könüllü şəkildə istefaya getmək üçün 48 saat vaxt vermişdi.

Ancaq prezidentdən cavab gəlməyincə, partiyadan fevralın 15-də parlamentdə C.Zumaya etibar etməməklə bağlı səs çoxluğu toplayaraq ölkənin hazırkı vitse-prezidenti Siril Ramafosu onun xələfi seçməyə çalışacaqlarını açıqlayıblar.

"Xeyr, istefa vermirəm", - deyə prezident SABC telekanalına açıqlamasında bildirib. O eyni zamanda parlamentin qərarına tabe olacağını əlavə edib.

Qeyd edək ki, C.Zumanın prezidentlik müddəti 2019-cu ildə başa çatır.(“Report”)

Xəbərlər