772
Üzbəüz 13 fevral — 11:12

Azərbaycanda fizika müəllimi işləyən FETÖ-çu kənddə komada yaxalandı

Türkiyənin Ədirnə şəhərində Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvü olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Virtualaz.org Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ədirnənin Keşan qəsəbəsində əvvəlcədən aldıqları məlumat əsasında əməliyyat keçirən polis əməkdaşları Boztepe kəndində yoxlama zamanı bir komada gizlənən M.E.G, E.D. və Z.K.-nı saxlayıblar.

Şübhəlilərin üzərində axtarış zamanı 5 mobil telefon, 5 sim kart, pasport, ABŞ pasportu, kompüter, kredit kartı, 4 min 55 dollar və 8 min 595 avro pul ələ keçirilib.

Həmçinin saxlanılan şəxslərdən M.E.G. və E.D.-nin “ByLock” istifadəçisi olduğu ortaya çıxıb. Z.K. isə bir müddət Azərbaycanda fizika müəllimi işləyib, lakin sonra işdən çıxarılıb.

Virtualaz.org

Xəbərlər