330
Üzbəüz 13 fevral — 01:58

Poroşenko: Saakaşvilinin Ukraynada siyasətlə məşğul olmaq hüququ yoxdur

 

"Yeni Qüvvələr Hərəkatı" partiyasının lideri Mixail Saakaşvili Ukrayna vətəndaşı deyil və Ukraynada siyasətlə məşğul ola bilməz, buna görə də ölkədən çıxarıla bilər.

Virtualaz.org "24" xəbərlər telekanalına istinadən bildirir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avstriya nəşri “Profil”ə müsahibəsində deyib.

O xatırladıb ki, Saakaşvili Ukrayna qanunlarını pozurdu və Gürcüstanda ittiham edilmişdi.

"Onunla bağlı qərar vermək, prezident kimi mənim vəzifələrimə daxil deyil, bununla miqrasiya və sərhəd xidmətləri məşğul olmalıdır. Hərçənd mən onu çıxarmaq  istəməzdim", — deyə P.Poroşenko vurğulayıb.

Virtualaz.org

Xəbərlər