369
Üzbəüz 14 yanvar — 11:58

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yeritdi

Türkiyə Hatay əyalətində Suriya ilə həmsərhəd əraziyə tanklar da daxil olmaqla hərbi texnika cəmləşdirir.

"Anadolu"nun hərbi mənbəyə istinadən yaydığı məlumata görə, onların arasında 5 ədəd tank da var. Tanklar yük maşınları ilə daşınıb. Saytın əməkdaşı tankları daşıyan yük maşınlarından ibarət avtomobil karvanının şəklini də çəkib.

Mənbənin sözlərinə görə, ağır hərbi texnika sərhəd kontingentinin gücləndirilməsi məqsədi ilə göndərilib.

Xatırladaq ki, bir az əvvəl Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın suriyalı kürdlərin (YPG) "başlarını qopartmaqla" hədələmişdi.

Xəbərlər