486
Üzbəüz 12 yanvar — 17:17

104 yaşlı qadın Çeçenistana getdi

Yeni il ərəfəsində Azərbaycanın Goranboy rayonunda küçədə soyuqdan donarkən polis əməkdaşları tərəfindən tapılan, çeçen olduğunu iddia edən 104 yaşlı Mədinə Əliyeva ötən gecə Çeçenistana yola salınıb.

Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.

M.Zeynalova deyib ki, Mədinə Əliyeva sığınacaqların birində yerləşdirilib, ona tibbi yardım göstərilib. “Daxili İşlər Nazirliyi məsələyə həssas yanaşdı. Qadın tibbi müayinədən keçirildi, ehtiyacları ödənildi. Azərbaycan tərəfi Əliyevaya qayğı göstərirdi. Amma onun yaşı və istəyi nəzərə alındı. Qadın Çeçenistana getmək istədiyindən göndərildi”, - Zeynalova söyləyib.

Qeyd edək ki, sənədlərdə Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşı olduğunu, Çeçenistanda yaşadığını iddia etmişdi. Lakin o, Goranboya necə gəldiyini xatırlamırdı.

Mədinə Əliyeva çətin həyat sürdüyünü deyib, bildirdiyinə görə sovet dövründə sürgün edilib, övladı olmayıb. Anası çeçen, atası ərəbdir.

Ülviyyə

Virtualaz.org

Xəbərlər