479
Üzbəüz 8 dekabr — 01:04

İsrail Qəzza zolağına zərbə endirdi

İsrail müdafiə ordusunun tank və təyyarəsi cümə axşamı yəhudi dövləti ərazisinin raket zərbəsinə məruz qalmasına cavab olaraq Qəzza zolağında yerləşən iki hərbi mövqeyə zərbə endirib.

TASS bildirir ki, müdafiə ordusu mətbuat xidmətinin yaydığı rəsmi kommünikedə belə deyilir.

"Müdafiə ordusunun tank və təyyarəsi Qəzza zolağında iki hərbi postu məhv edib", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, yəhudi dövlətinin silahlı qüvvələri Qəzza zolağı ərazisindən İsrailə qarşı həyata keçirilən istənilən düşmənçilik fəaliyyətində Fələstinin HƏMAS hərəkatını məsuliyyətli bilir.

Xəbərlər