397
Üzbəüz 6 dekabr — 14:27

Saakaşvilinin tərəfdarları Tbilisidə də küçələrə çıxdı

Gürcüstanıın "Vahid Milli Hərəkat" Partiyasının yüzlərlə üzvü, ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarları Tbilisidə dəstək aksiyası keçirirlər.

"Report" xəbər verir ki, “Rustaveli” metro stansiyasınin qarşısına toplaşmıs 500-dək insan Ukrayna hökumətini M.Saakaşvilinin təqibinə son qoymağa çağıraraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edib.

Aksiya iştirakçıları M.Saakaşvilinin Ukraynada təqib olunmasında Gürcüstan hökumətini də günahlandırıblar.

Havanın yağmurlu və soyuq olmasına baxmayaraq, aksiyaya gələnlərin sayı artır.

Xəbərlər