412
Üzbəüz 6 dekabr — 13:51

Jirinovski Saakaşvilinin tərəfini saxladı

Mixail Saakaşvili ətrafında baş verənlər Ukrayna hakimiyyətinin özünün əsl demokratikliyi barədə iddialarını inkar edir. Virtualaz.org xəbər verir ki, bunu Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, Saakaşvilini izləməklə Ukrayna hakimiyyəti pzünü biabır edir.

“Rusiyaya münasibətdə necə yaramaz olsa da, onun cabavar kimi, özünü tamamilə işə həsr etməklə işlədiyini inkar etmək olmaz. Bunu onun əlindən almaq mümkün deyil”, - Jirinovski deyib.

Onun fikrincə, Ukrayna “demokratları”na sərf etməməyə başlayan kimi onun uydurma bəhanə ilə Saakaşvilini işdən azad etdilər, onun Poroşenkonun impiçmentinə nail olacağını bildirməsindən sonra isə vətəndaşlıqdan məhrum etmək fikrinə düşdülər.

“Lakin Saakaşvili iradəsini göstərdi və ölkəyə qayıtdı, tərəfdarlarını topladı və Poroşenkonun dinc yolla getməsi tələbini qoydu. Bəs “demokratik” hakimiyyət necə cavab verdi? Onu tutmaq istəyirlər. Heç bunu da bacarmırlar... Mişikodan əl çəkin!” – Jirinovski bəyan edib.

Xəbərlər