173
Üzbəüz 14 noyabr — 12:11

Əsgərliyə getmək istəməyən erməni tələbələr aclığa başladı

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.

Azvision.az xəbər verir ki, artıq beş tələbə İrəvan Dövlət Universitetində aclıq aksiyasına başlayıb.

Aksiyaya qoşulan “Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan deyib ki, tələblərin dördü müddətli həqiqi hərbi xidmətdə olub: “Biz bununla qanun layihəsinə və ictimaiyyətin biganə qalmasına etiraz edirik”.

Qeyd edək ki, erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq bir neçə gündür Yerevan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları yaxınlığında etiraz aksiyaları keçirirlər.

Xəbərlər