236
Üzbəüz 13 oktyabr — 14:04

Gürcüstan etiraz etdi, Yerevan səfir namizədini dəyişdi

Gürcüstan hakimiyyəti Ermənistanın bu ölkəyə təyin edəcəyi səfirlə bağlı Yerevanla razılığa gəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, səfir vəzifəsinə Ermənistan parlamentinin sabiq deputatı Ruben Sadoyan təyin ediləcək.

Onun keçmiş nəqliyyat və kommunikasiya naziri Qaqik Beklaryanın namizədi olduğu bildirilir.

Xatırladaq ki, daha öncə rəsmi Tbilisi səfir postuna namizədliyi irəli sürülən Sergey Minasyanın anti-gürcü mövqeli, Rusiyayönlü olduğunu əsas gətirərək onun təyinatına qarşı çıxmışdı.

Xəbərlər