346
Üzbəüz 12 oktyabr — 21:53

İsrail də YUNESKO-dan çıxır

İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan çıxmasına dair göstəriş verib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb.

Qeyd edək ki, bundan əvvəl Amerika Birləşmiş Ştatları da təşkilatın sıralarını tərk etdiyini elan edib.

ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul olunmasından sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina edib.

Xəbərlər