308
Üzbəüz 6 oktyabr — 11:42

Rusiya baş nazirinin birinci müavininin evində bomba həyəcanı

Bu gün səhər saatlarından etibarən Moskvada yenidən “bomba” xəbərləri yayılıb.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti bu gün səhər artıq 30 yerdə bomba qoyulması barədə məlumat alıb.

Belə ünvanlardan biri də Rusiya baş nazirinin birinci müavini İqor Şuvalovun yaşadığı binadır.

Hər bir halla bağlı araşdırma aparılır, sakinlər təxliyyə edilib.

Xəbərlər