848
Üzbəüz 13 sentyabr — 01:46

Qurban Qurbanov: “Fəxr edirəm ki, "Qarabağ”ın baş məşqçisiyəm”

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə səfər qarşılaşmasından sonra təşkil edilən mətbuat konfransında 0:6 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Virtualaz.org-un məlumatına görə, “Çelsi” komandasının olduqca gözəl oyun nümayiş etdirdiyini vurğulayan Qurban Qurbanov bildirib: “Mən əvvəlcə də demişdim ki, “Çelsi” bu turnirin favoritlərindən biridir. Oyunda çoxlu səhvlərə yol verdik. Lakin bu səhvlərimizi aradan qaldırmalıyıq. Komandamızın oyun tərzindən razıyam. Biz həmişə bu mötəbər turnirdə iştirak etmək istəmişik. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyimiz üçün çox məmnunuq.

Çempionlar liqası – bu bizim üçün yenidir. Mən fəxr edirəm ki, "Qarabağ”ın baş məşqçisiyəm. O ki, komandamız Azərbaycanı təmsil edir, bizim məsuliyyətimizi artırır. Biz səhvlərimizdən nəticə çıxaracaq və öz üzərimizdə işləməyə davam edəcəyik. "Çelsi”ni və Antonio Konteni qələbə münasibəti ilə təbrik edirəm".

Xəbərlər