361
Üzbəüz 12 sentyabr — 21:37

Londonda “Qarabağ”a dəstək məqsədilə fləşmob keçirildi

“Çelsi”-“Qarabağ” oyunu ilə əlaqədar Ağdam təmsilçisinə dəstək məqsədilə Londonun mərkəzində fləşmob keçirilib.

Virtualaz.org-un məlumatına görə, komandamıza dəstək olmaqla yanaşı, Qarabağ həqiqətlərini Avorpaya və dünyaya daha dərindən tanıtmaq məqsədi daşıyan fləşmob Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Milli Turizm Təbliğat Bürosunun təşəbbüsü ilə təşkil olunub.

Soydaşlarımızın və xarici rəqs qrupunun üzvlərinin qatıldıqları fləşmob izləyicilərdə böyük marağa səbəb olub.

Fləşmobdan sonra London sakinlərinə Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, Stamford Bridge stadionunda keçiriləcək "Çelsi"-"Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbərlər