646
Üzbəüz 12 sentyabr — 12:32

Moskvadakı səfirlik Polad Bülbüloğluna qarşı ittihamlara cavab verdi

Azərbaycanın Rusiyadakı səfirliyi səfir Polad Bülbüloğlunun Müslüm Maqomayevlə bağlı tədbirlərdə səfirlik əməkdaşlarının iştirakına qadağa qoyması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Virtualaz.org-un səfirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, bu xəbərlər yalan və böhtandır.

"Son dərəcə təəccüblüdür ki, bu kimi əsassız xəbərlər Azərbaycan Respublikasının YUNESKO-nun Baş direktoru vəzifəsinə irəli sürdüyü namizədinə qarşı Qərb mediasında ölkəmizə qarşı edilən hücumlarla eyni zamanda yayılır. Bu, onu deməyə əsas verir ki, ölkəmizə qarşı xarici qüvvələrlə yanaşı, bəzi daxili qüvvələr də hücum etməkdədir.

Bundan əlavə, vurğulayırıq ki, bir aydan artıqdır, Moskvada olmayan Polad Bülbüloğlu namizədliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrə səfər edir, müvafiq görüşlər keçirir.

Polad Bülbüloğlunun Müslüm Maqomayevlə olan münasibətləri isə şəxsi xarakter daşıdığından bu məsələnin KİV-də işıqlandırılması ən azından qeyri-etikdir", - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.

Xəbərlər