2132
Üzbəüz 13 avqust — 18:57

Daxili işlər naziri telefonda söyüş söyəndə...

FTX-yə bağlı olduğu güman edilən telefon xuliqanı - “Leksus” ləqəbli pranker Aleksey Stolyarov növbəti dəfə Rusiyanın hədəfində olan ölkələrdən birinin yüksək vəzifəli şəxsini dolayıb. Virtualaz.org xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti tərəfindən vətəndaşlıqdan məhrum edilib  Ukrayna hüdudlarından kənarda pasportsuz dolaşmaqda ikən “Lexus”  Gürcüstan daxili işlər naziri Georgi Mqebrişviliyə zəng vurub. Rusiyalı telefon xuliqanı özünü Ukraynanın daxili işlər naziri Arsen Avakov kimi təqdim edərək ona “vacib məlumat” çatdırıb.

“Lexus”un telefon zəngi zamanı Gürcüstan daxili işlər nazirinin Batumidə dincəldiyi məlum olur. Mqrebrişvili deyir ki, o hazırda Belarus və Azərbaycandan olan qonaqlarla dincəlir.

Aleksey Stolyarov

“Avakov” bildirib ki, onlara daxil olan məlumata görə Saakaşvili vətəndaşlıqdan məhrum edilməsinə baxmayaraq Ukraynaya qayıtmağa hazırlaşır. Telefon xuliqanı gürcü nazirə bildirir ki, görünür Saakaşvilinin məqsədi yeni qalmaqal yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etməkdir. Çünki o, Avropa Parlamentinin deputatlarının müşaiyəti ilə gəlmək istəyir və hesab edir ki, belə olanda onu saxlamağa heç kim risk etməyəcək.  Və “Avakov” təklif edir ki, Ukrayna hüquq-mühafizə orqanları Saakaşvilini saxlayıb Gürcüstana təhvil verməyə hazırdır. Əgər Gürcüstan tərəfi onu qəbul etmək istəyirsə...

Saakaşvilinin Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsinə baxmayaraq Mqrebrişvili bildirir ki, onlar keçmiş prezidenti təhvil almaq istəmirlər. Daxili işlər naziri bu zaman Saakaşvilinin ünvanına söyüş söyür, bildirir ki, baş nazirlə məsləhətləşib və o, eks-prezidentin Gürcüstana ekstradisiyasını istəmir. Telefon danışığının məzmununa əsasən Gürcüstan daxili işlər naziri deyir ki, onlar Saakaşvilini tutub özlərinə baş ağrısı yaratmaq istəmirlər. “Daha yaxşısı budur ki, qoy o elə bu cür, vətəndaşlıqdan məhrum edilmiş şəkildə dolaşsın”-nazir deyir.

“Lexus” Gürcüstan daxili işlər naziri ilə telefon danışığını yayandan sonra Mqrebrişvili belə söhbət apardığını təkzib edib, səs yazısının “qurama olduğunu” bildirib.

Lakin rusiyalı telefon xuliqanı “Danışır Moskva” radiosuna açıqlamasında deyib ki, səs yazısını istənilən müstəqil ekspertizaya təqdim etməyə hazırdır. O, Gürcüstan daxili işlər nazirinin mobil telefon nömrəsini bildiyini deyib, qeyd edib ki, həmin nömrəni açıqlaya da bilər. Aleksey Stolyarov telefon danışığı zamanı “nazirin kefinin yaxşı olduğunu”, bu səbəbdən ümumi şəbəkəyə qoşulmuş telefon nömrəsi ilə dövlət əhəmiyyətli məsələləri müzakirə etdiyini deyir.  Prankerin fikrincə, nazir bununla daxili təlimatları pozub və indi telefon danışığını təkzib etməyə çalışır.

Virtualaz.org

Xəbərlər