Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov jurnalistlərin İŞİD lideri Əbubəkr ƏI-Bağdadinin ölümü ilə bağlı verilən məlumatları şərh edib.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bununla bağlı Putinin sözçüsü deyib: “Bizdə daha dəqiq məlumat yoxdur. İnformasiya, doğrudan da, ziddiyyətlidir, yoxlayırıq”.
Rusiya Müdafiə Nazirliyi Əl-Bağdadinin öldürüldüyünü bildirsə də, sonradan Pentaqon, İraq və kürd silahlılar bu məlumatı təkzib ediblər.