681
Rəylər 19 iyun — 17:51

Fransada 3 erməni deputat seçildi

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci mərhələsində milliyyətcə erməni olan 3 namizəd deputat seçilib.

Azvision.az bildirir ki, bu barədə “Armenia” birliyinin sədri Qriqor Amirzayan məlumat verib.

Onun sözlərinə görə, Jak Marilosyan, Daniel Qazaryan və Qiyom Qasparyan deputat mandatı qazanıblar: "Onların üçü də prezident Emmanuel Makronun "İrəli Respublika" hərəkatını təmsil edir".

O, keçmiş namizədlərdən biri Nadya Yesayanın və onun həyat yoldaşının isə milliyətcə erməni olduğunu vurğulayıb.

Q.Amirzayanın sözlərinə görə, parlamentdə milliyyətcə 3 erməni deputatın olması Fransa tarixində bir ilkdir.

Xəbərlər