462
Rəylər 19 iyun — 12:55

"Zaminbank"ın xəzinədarı "ucuz qiymətə dollar satmaq" əməlinə görə məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, E.Salmasi "Zaminbank" ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməli törədib. E. Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

Təqsirləndirlən E. Salmasi ona elan olunmuş ittihamla özünü özünü təqsirli bilməyib. O, həmin pulları borc adı ilə aldığını deyib.

Məhkəmə prosesi iyulun 6-da davam edəcək.

Virtualaz.org

Xəbərlər