384
Rəylər 17 may — 14:57

Rusiyalı ekspert: ÜAK-ın ləğvi Moskva-Bakı münasibətlərinə təsir göstərməyəcək

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə mühüm təsir göstərməməlidir.

Bunu Trend-ə beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, təşkilatın bağlanması siyasi deyil, hüquqi müstəvidə dayanan bir məsələ olub: “Ona görə, hesab etmək olar ki, heç bir maneə olmadan diasporun maraqlarını müdafiə edən digər təşkilat yaradıla bilər”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Xəbərlər