328
Rəylər 12 yanvar — 16:00

Dmitri Peskov Putinlə Trampın münasibətləri barədə

Moskvada əmindirlər ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə hörmət daha çox olmalıdır və ümid edirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dialoq mümkün olacaq.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiyada Vladimir Putinlə Donald Trampın “yola gedəcəyinə” ümid edirlər.

Peskov deyib: “Ən azından, Tramp dialoq aparmağa hazır olduğunu bəyan edib. Bu o demək deyil ki, tərəflər hər məsələdə razılıq əldə etməyə hazırdır. Çətin ki, bu mümkün olsun və Moskvada bunu gözləmirlər. Amma dialoq aparmaq bizə bir çox çətin vəziyyətlərdən çıxmağımıza kömək edəcək”.

Xəbərlər