428
Rəylər 11 yanvar — 01:48

BMT-nin keçmiş baş katibinin qardaşına və qardaşı oğluna rüşvətxorluq ittihamı

ABŞ hakimiyyəti BMT-nin keçmiş baş katibi Pan Qi Munun qardaşına və qardaşı oğluna rüşvətxorluq ittihamı irəli sürüb.

Modern.az bildirir ki, sənədlər artıq məhkəməyə göndərilib.

İttiham aktı Manhetten məhkəməsinə verilib. Sənədə görə, BMT-nin keçmiş baş katibinin qardaşı oğlu Pan Çu Xen və onun qardaşı Pan Qi San Yaxın Şərq ölkələri rəsmi nümayəndələrini şirnikləndirmək yolu ilə ələ almaqda təqsirkar bilinirlər.

Söhbət Vyetnamdakı bina komplekslərindən birinin 800 milyon dollar müqabilində satılmasına cəhddən gedir.

Məlumatda qeyd edilir ki, BMT-nin keçmiş baş katibinin qardaşı oğlu Nyu-Yorkda daşınmaz əmlak ticarəti ilə məşğuldur, qardaşı isə Cənubi Koreyanın Keangnam Enterpises Co Ltd şirkətində baş müşavir işləyir.

Xəbərlər