879
Rəylər 9 yanvar — 21:38

Arxiyepiskop Aleksandr Suriya müftisinin Dağlıq Qarabağla bağlı bəyanatı barədə

"Suriya müftisinin Dağlıq Qarabağla bağlı bəyanatı onun özünə siyasi xallar, imic və lazımi vəziyyət qazanmaqdan başqa məqsəd daşımır". Bu barədə rus pravoslav xristianlarının Bakı və Azərbaycan Yeparxiasının Arxiyepiskopu Aleksandr söyləyib.

"Dağlıq Qarabağ münaqişəsi dini və yaxud milli zəmində yaranan münaqişə deyil. Bu siyasi münaqişədir və siyasi qruplar öz maraqlarına uyğun ondan istifadə edir. Buna görə də münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır, siyasi ambisiyalar əsasında yox", deyə Arxiyepiskop Aleksandr qeyd edib.

Qeyd edək ki, Suriyanın baş müftisi şeyx Bədrəddin Hassunun Rusiya KİV-ində müsahibəsi yayılıb. O, Suriyada və dünyada baş verən proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna da toxunub və bildirib ki, dünyada ərazi mübahisələrinə son qoymağın vaxtı çatıb. (APA)

Xəbərlər