782
Rəylər 9 noyabr — 10:15

Rəsmi Moskva ABŞ-ın yeni sanksiyaları haqqında: “Bu addımlar məzmunsuzdur”

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Maliyyə Nazirliyinin Krım və Donbasdakı vəziyyətə görə noyabrın 8-də tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirib.

RİA "Novosti" xəbər verir ki, onun sözlərinə görə, "Birləşmiş Ştatların sanksiyalarının 63-cü mərhələsi Rusiyanı yolundan döndərməyəcək və Vaşinqtonun bu addımları məzmunsuzdur".

"Biz, əlbəttə, bu qəbul olunmuş qərarların məzmununu öyrənəcəyik, konkret olaraq hansı fiziki və hüquqi şəxslərdən söhbət getdiyini təhlil edəcəyik. Biz belə başa düşürük ki, bu yeni Amerika siyahısının iştirakçılarından bir hissəsi Donetsk regionuna, öz hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparan respublikaya aiddir", - deyə o bildirib.

Nazir müavini bu sanksiyalarda yenilik olmadığını və bu addımlarda heç bir məzmun görmədiklərini qeyd edib.

Xəbərlər