1005
Rəylər 8 noyabr — 12:06

Metroda köhnə qatarlara kondisioner niyə quraşdırılmır?

“Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev “Report”a müsahibəsində çoxlarını maraqlandıran suallardan birinə cavab verib.

Jurnalistin “Bu gün Bakı metrosundan istifadə edən sərnişinlərin əksəriyyətini bir sual düşündürür: Köhnə vaqonlara niyə kondisioner quraşdırılmır?” sualını metropoliten rəsmisi belə cavablandırıb:

“Təbii ki, hazırda bizdə istifadə edilən yeni nəsil vaqonlarda bu tətbiq olunur. Amma bizdə daha əvvəldən istismar olunan vaqonlar var ki, bu istehsalçı müəssisə tərəfindən quraşdırılmayıb və nəzərdə tutulmayıb. Bunları yenidən quraşdırmaq çox çətin və məqsədəuyğun deyil. Öncə bu texniki cəhətdən real deyil, ikincisi isə iqtisadi cəhətdən səmərəsizdir”.

Xəbərlər