700
Rəylər 15 sentyabr — 00:18

Hüseyn Kazımpur: ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək

ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək.

Trend-in məlumatına görə, bunu İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur deyib.

H.Kazımpur bildirib ki, dünyada İranın payını əvəz edəcək kifayət qədər alternativ mənbə mövcud deyil: “Təklifin çatışmazlığı ABŞ-a İranın neft ixracını sıfıra endirməyə imkan verməyəcək”.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaları bərpa etmişdi. İranın enerji sektoruna tətbiq olunan sanksiyalar noyabrın 4-də qüvvəyə minəcək.

Xəbərlər