898
Rəylər 14 sentyabr — 12:28

Çavuşoğlu: “ABŞ seçim etməlidir – ya Türkiyə, ya da...”

ABŞ regionda öz müttəfiqlərini müəyyənləşdirməli, Türkiyə ilə PYD və YPG terrorçuları arasında seçim etməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlar PYD və YPG-nin Türkiyənin təhlükəsizliyinə real təhdid daşıyan PKK-nın Suriya qanadı olan terror təşkilatları olduğunu anlamalıdır: "PKK ABŞ-da olduğu kimi, Avropa İttifaqı ölkələrində də terror təşkilatı kimi tanınıb. Birləşmiş Ştatlar bunu nəzərə almalıdır".

Xatırladaq ki, bundan əvvəl sabiq baş nazir Binəli Yıldırım Türkiyə və ABŞ-ın PYD və YPG bölmələrinin 90 gün ərzində Suriyanın Menbiç şəhərindən çıxmasını nəzərdə tutan saziş imzaladığını bildirmişdi.

Xəbərlər