1143
Rəylər 11 avqust — 11:23

Ərdoğan ABŞ-ı yeni müttəfiqlər tapacağı ilə hədələdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın birtərəfli qaydada ticarət tariflərini artırmasına cavab olaraq Ankaranın yeni müttəfiqlər tapacağnı bildirib.

Bu barədə Ərdoğan “The New York Times” qəzetində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, onilliklər boyu Vaşinqtonun müttəfiqi olaraq qalan Ankaraya qarşı birtərəfli addımlar yalnız ABŞ-ın öz maraqları və təhlükəsizliyini sarsıda bilər.

“Nə qədər ki gec deyil, ABŞ hakimiyyəti ölkələr arasında assimmetrik münasibətlərin mövcud ola biləcəyi ilə bağlı səhv düşüncələrindən imtina etməlidir. Əgər birtərəflilik və hörmətsizlik tendensiyasını geri döndərmək cəhdlərimiz uğursuz olsa, onda biz yeni dostlar və müttəfiqlər axtarmalı olacağıq”, – deyə Ərdoğan vurğulayıb.

O həmçinin, Vaşinqtonun Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq etməsinin qəbuledilməz olduğunu yazıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunması barədə qərar qəbul edib.

Xəbərlər