1167
Rəylər 10 avqust — 18:49

İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin iclası keçirilməlidir”

“İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclas keçirilməlidir”.

“Report” xəbər verir ki, bunu İslam Respublikası Nizam-intizam Qüvvələri Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi avqustun 10-da Makının Buralan bölgəsində Türkiyə Jandarm Qüvvələrinin komandanı Arif Çetinlə görüşdə bildirib.

Q.Rzayi deyib ki, Türkiyə və İran sərhədçiləri regionda təhlükəsizlik və sabitliyin daha da yüksəldilməsi üçün səylərini davam etdirirlər: “Bazərqan, Sero və Razi gömrük məntəqələrində gediş-gəliş sıra yaranmadan təmin edilməlidir”.

A.Çetin vurğulayıb ki, iki ölkənin xalqları və dövlətlərinin dostluğu sərhədlərdə tam təhlükəsizliyin bərqərar olmasına təsir edib: “Türkiyə jandarmları iranlı sərhədçilərlə informasiya mübadiləsi və əlavə əməkdaşlıqlara tam hazırdır”.

Xəbərlər