3486
Rəylər 4 avqust — 01:26

Azərbaycanla müharibə hər gün başlaya bilər

Qarabağda müharibə avqustun və sentyabrın istənilən günündə başlaya bilər.

Virtualaz.org bildirir ki, bunu "Helsinki təşəbbüsü-92"nin Dağlıq Qarabağ komitəsinin koordinatoru Karen Ohancanyan özünün “Facebook” səhifəsində yazıb.

“Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey iri miqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır, hansı ki, artıq avqustda və ya sentyabrda hökmən başlaya bilər”, - deyə Ohancanyan iddia edib.

"... Görünür, Azərbaycanda müharibəyə futbol üzrə dünya çempionatı dövründə və ya ondan dərhal sonra... başlamaq niyyətləri olub. Amma Minəçevir İES-dəki qəza və Gəncədə baş verən hadisələr Azərbaycanın, Türkiyənin və onların Qarabağ probleminin həllini hərbi yolla reallaşdırmaq məsələsində müttəfiq-himayəçilərinin niyyətini bir qədər geriyə atdı.

Bu gün... hərbi həll öz aktuallığına itirməyib, həm də ki, bəzi "dost" ölkələr bununla Ermənistanın yeni hakimiyyətini, bəyan edilmiş hədəflərə  ardıcıllıqla çatmaq planlarını reallaşdırmaq niyyətinə görə, cəzalandırmaq  istəyərdi. Beləliklə, döyüş hərəkətlərinin başlanğıcına açıq hazırlıq göz qabağındadır...", - deyə Ohancanyan öz qorxusunu ifadə edib.

Virtualaz.org

Xəbərlər