3340
Rəylər 12 iyul — 00:26

Sarkisyanı Qarabağı güzəştə getməyə hazır olduğu üçün devirdilər

Ermənistan birinci dəfə deyil ki, Qarabağın işğaldan azad edilməsi prosesini pozur. 1999-cu ildə bunu ölkə parlamentində terror aktı ilə etmişdilər, 2018-ci ildə isə gözlənilməz maydan və Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması və Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə.

Hadisələrin bu cür inkişafı fonunda Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşündən hər hansı bir irəliləyiş gözləməyə dэyərdimi?

Məmmədyarovla Mnatsakanyanın danışıqları

Cavab məlumdur: Xeyr. Qarabağ üzrə uğurlu danışıqlar Ermənistana lazım deyil, çünki onlar özündə güzəştləri ehtiva edir vı Ermənistan bunların heç birinə razı deyil.

Virtualaz.org “KavkazPlus”a istinadən xəbər verir ki, məşhur rusiyalı jurnalist Maksim Şevçenko maraqlı xəbərlə bölüşüb. Xatırladaq ki, o, rusiyalı siyasətçilər və ictimai xadimlərdən ibarət nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təşkil edilmiş konfransda iştirak etmişdi.

İlk növbədə, Maksim Şevçenko səlis və birmənalı şəkildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını vurğulayıb.

Maksim Şevçenko işğaldan azad edilmiş Azərbaycan torpaqlarında

“Biz işğal edilmiş rayonlara gedirdik. Bütün beynəlxalq hüquq normalarına görə, Füzuli, Laçın, Cəbrayıl, Ağdam və başqa bu kimi rayonlar Azərbaycan Respublikasının ərazisidir və erməni silahlı qruplaşmaları tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 1990-cı ilin əvvəllərində işğal olunub. Ermənilərdən kim deyə bilər ki, bu belə deyil, bu Ermənistan ərazisidir? Mən qeydləri oxuyuram ki, “buralar bizim qədim torpaqlarımızdır, biz orada həmişə yaşamışıq” – bilirsinizmi, bu söhbətləri bir kənara qoymaq lazımdır. Erməni qoşunları Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalı və oraya təxminən 1 milyon nəfərə yaxın azərbaycanlı qayıtmalıdır.

Bundan sonra Bakı Dağlıq Qarabağa azərbaycanlı qaçqınların qayıtması şərtilə Dağlıq Qarabağın statusunu müzakirə etməyə razıdır”, - Maksim Şevçenko xatırladıb.

Rusiyalı analitik daha sonra xəbər verir ki, hakimiyyətdən uzaqlaşdırılmış keçmiş prezident Serj Sarkisyanla bu ərazilərin işğaldan azad olunması ilə bağlı razılıq əldə edilmişdi, lakin erməni “maydan”ı bu razılaşmanın həyata keçirilməsinə imkan yaratmadı.

Əgər Ermənistandakı faktiki dövlət çevrilişindən sonra Rusiya Ermənistana hər cür yardımı dayandırarsa, bu ölkədə yalnız ABŞ-ın nüfuzunu artırar. Nəşr hesab edir ki, Amerika artıq Ermənistanı özünə tabe edib. “Bundan əlavə, onlar Rusiyada yaşayan erməni diasporunun timsalında Rusiyaya düşmən mövqeyində dayanan “beşinci kolon” əldə ediblər”.

Aydın məsələdir ki. bundan sonra Sarkisyan və tərəfdarları işğöaldan azad olunma ilə bağlı sazişin mövcudluğunu inkar edəcəklər. Onları anlamaq olar. Çünki bu onlar üçün ölüm hökmünə bərabərdir. Onsuz da, hazırda Sarkisyanın ailə üzvlərinə qarşı “ov” başlayıb. Belə bir fakt da meydana çıxsa, “xainlər”lə hesablaşma qaçılmazdır.

Erməni siyasətçilər qonşuları ilə barışıq istiqamətində düşünülmüş addımlar atmağa hazırlaşan kimi onları ya fiziki olaraq məhv edirlər, ya da hakimiyyətdən uzaqlaşdırırlar.

“KavkazPlus” bu deyilənlərdən belə bir nəticə çıxarır: “...Özü özlüyündə Ermənistan təbiətinə görə terrorçu dövlətdir. O, terrorçu daşnaklar tərəfindən yaradılıb, terrorçular tərəfindən idarəı olunub, hazırda fakt üzrə orada hakimiyyətdə olanlar terrorçudur. Onlar sahiblərini dəyişiblər, hazırda tamamilə Amerikanın oyuncaqlarıdır, lakin bununla belə terrorçu mahiyyətləri dəyişilməyib”.

Virtualaz.org

Xəbərlər