826
Rəylər 11 iyul — 01:04

Serj Sarkisyanın qardaşı oğluna ittiham irəli sürüldü

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyana qətlə cəhddə, həmçinin qanunsuz silah əldə edilməsi və saxlanmasında ittiham irəli sürülüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, müstəntiq məhkəməyə Ayk Sarkisyan barədə həbs qəti imkan tədbiri seçilməsi ərizəsi ilə müraciət edib.

Cinayət işinin materiallarına əsasən, 2007-ci il aprelin 1-də polis bölməsinə Yerevan sakini David Simonyanın xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Həmən gün Artur Gevondyan polisə gələrək evinin yaxınlığında tapança tapdığını və təsadüfən dostu David Simonyana atəş açdığını bildirib.

Cinayət işi açılsa da, tezliklə şikayət ərizəsinin olmaması və tərəflərin barışması səbəbi ilə bağlanıb.

Lakin 2018-ci il iyunun 3-də yeni təfərrüatların meydana gəlməsi ilə Ermənistanın baş prokuroru istintaqın bərpası haqda qərar qəbul edib.

Müəyyən olunub ki, David Simonyana Artur Gevondyan atəş açmayıb, bunu başqa şəxs edib.

Eyni zamanda söhbət təsadüfi deyil, məqsədyönlü atəşdən gedir.

Əldə edilmiş sübutlara əsasən Ayk Sarkisyana qətlə cəhd, silah əldə edilməsi və saxlanması ittihamı irəli sürülüb.

Xəbərlər