320
Rəylər 14 iyun — 12:07

Trampdan gözlənilməz açıqlama: Rusiyanın G7 formatında iştirakı vacibdir

Kanadada keçirilən “Böyük yeddilik” sammitində müzakirələrin əksər hissəsi Rusiyaya həsr olunmuşdu. Buna görə Moskvanın bu formatda iştirakı vacibdir.

Bu sözləri “Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin sammitdə olsaydı, ondan dünya üçün ən yaxşı olanı etməyi istəyərdi.

“Biz Rusiya ilə danışaraq, vaxtımızın 25 faizini xərcləmişiq. Mən özlüyümdə düşündüm ki, onların burada olması vacibdir.

Mən Rusiyaya tərəf deyiləm. ABŞ-ın tərəfindəyəm. Bu da sizə misal olsun. Əgər Vladimir Putin Kanadada bizimlə birgə olsaydı, məndən dünya üçün yaxşı olanları etməyimi xahiş edərdi”, - Tramp deyib.

ABŞ prezidenti Rusiyanın G8-dən çıxarılmasında bütün məsuliyyəti Barak Obamanın üzərinə atıb.

Tramp G8 formatı ilə bağlı fikirlərini iyunun 8-də səsləndirib.(oxu.az)

Xəbərlər