393
Rəylər 13 iyun — 18:02

Donald Tramp OPEC-in fəaliyyətindən narazılığını bildirib

ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib. 

Dövlət başçısı bu barədə "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Neft həddindən artıq bahadır və bu, çox pisdir. OPEC yenidən köhnə işini görməyə başlayıb", - deyə o, qeyd edib. 

Xatırladaq ki, D.Tramp buna oxşar açıqlamanı apreldə də paylaşıb və o zaman əmtəə birjalarında neft qısa müddətə ucuzlaşıb. 

Xəbərlər