738
Rəylər 17 may — 15:20

Ermənistanda 300 min əhali yox olacaq

Ermənistan əhalisinin sayı 2050-ci ildə 2.7 milyon nəfərə qədər azalacaq. Virtualaz.org xəbər verir ki, bu barədə BMT-nin “Dünya urbanizasiya perspektivləri-2018” hesabatında bildirilir.

Ermənistan Statistika Xidmətinin məlumatına görə bu il aprelin 1-də ölkə əhalisinin sayı 2 milyon 969 min nəfər idi. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.6 min nəfər az olub.

BMT bildirir ki, Ermənistan əhalisi ötən əsrin ortalarında 1.35 milyon nəfər olub, 1990-cı ildə 3.5 milyon nəfərə çatıb. Bundan sonra isə tədricən azalmağa başlayıb.

Region ölkələrindən Ermənistanla yanaşı Gürcüstanın da əhalisinin azalacağı gözlənilir. Azərbaycanda isə əhali artımı dinamikası davam edəcək, BMT-nin hesablamalarına görə 2015-ci ildə ölkə əhalisinin sayı 11 milyon nəfərə çatacaq. Hazırda Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə yaxındır.

Virtualaz.org

Xəbərlər