5515
Rəylər 16 may — 15:22

Avropa Şurası Səməd Seyidova qarşı sanksiya qəbul etdi: təfərrüat

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi dünən 4 nəfər AŞPA üzvünə - AŞPA-da İspaniya nümayəndə heyətinin başçısı Pedro Aqramunta, Avropa Xalq Partiyasının başçısı və AŞPA-nın Reqlament komitəsinin üzvü Sezar Florina Predaya, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova və İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Jordi Şuklaya qarşı sanksiyalar tətbiq edib.

Adı sadalanan bu deputatların davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir.

Onlar təyin olunmaq və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

Sanksiyalar Pedro Aqramunta münasibətdə 10 il, digər üzvlər - Sezar Florina Predaya, Səməd Seyidova və Jordi Şuklaya qarşı isə 2 il ərzində qüvvədə olacaq.

Bu dörd AŞPA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək.

Onlar həmçinin Assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına - Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər.

*   *   *02:14

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

Virtualaz.org-un məlumatına görə, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Jordi Şuklaya da  toxunub.

Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində qeyd etdiyi kimi, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.

Sanksiyalar Pedro Aqramunta müşahidə  missiyalarında iştirak etməyi və 10 il ərzində məruzəçi vəzifəsini tutmağı qadağan edir. Analoji qadağa Seyidov, Preda və Şukla barəsində 2 il müddətinə tətbiq olunacaq.

Onu da qeyd edək ki, Komitənin qərarı son hədd deyil və mayın 16-da rəsmi informasiyanın yayılacağı gözlənilir.

Virtualaz.org

Xəbərlər